Səhmdar Kapitalının Riskinə Görə Mükafat

bazar risklərinin kompensasiya edilməsi üçün xəzinə vekselləri ilə müqayisədə ümumi fond bazarının və ya müəyyən birjanın təmin etməli olduğu əlavə gəlir.
Səhmdar Kapitalı
Səhmdar Maliyyələşməsi
OBASTAN VİKİ
Mükafat
Mükafat — xidmətlərə, fərqlənməyə, minnətdarlığa görə verilən xüsusi fərqlənmə nişanı, fəxri ad və ya hədiyyə. Bəzi hallarda mükafat ona layiq görülən insana hansısa sosial status da verir.
Səhmdar
Səhmdar — dövlət və ya özəl şirkətdə bir və ya daha çox hissənin qanuni sahibi olan şəxs və ya təşkilatdır. Bir səhmdarın iş sahəsindəki təsiri, sahiblik payı faizi ilə təyin olunur. Şirkətin səhmdarları qanuni olaraq şirkətin özündən ayrıdırlar və ümumiyyətlə, şirkətin borclarına görə məsuliyyət daşımırlar. Səhmdarların hüquqlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar: Dividend almaq hüququ; Ümumi yığıncaqda iştirak hüququ; Səsvermə hüququ; Seçmək və seçilmək hüququ; Məlumat əldə etmək hüququ; Səhmlərin geri satın alınmasını tələb etmək hüququ; Əlavə buraxılan səhmlərin alınmasında üstünlük hüququ; Cəmiyyətin fəaliyyətinin yoxlanılmasını tələb etmək hüququ; Cəmiyyətin ləğvindən sonra qalmış əmlakı əldə etmək hüququ. Səhmdarların maraqlarının müdafiəsinin dövlət forması aşağıdakı müdafiə üsullarını özündə ehtiva edir: 1. Mülki-hüquqi; 2. İnzibati-hüquqi; 3. Cinayət-hüquqi.
Mükafat (dəqiqləşdirmə)
Mükafat
Mükafat Əliyev
Mükafat Əliyev (5 avqust 1937) — şair-yazıçı, müəllim. Mükafat Surxay oğlu Əliyev 1937-ci il avqustun 5-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. 1965-ci ildə M.F.Axundov Azərbaycan Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ilə bitirib. 1993-cü ilədək Quycaq kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. Mətbuatda məqalələri, bədii tərcümələri dərc olunub. 1993-cü ildə Cəbrayılın Ermənistan silahlı qüvvəlləri tərəfindən işğalından sonra ailəsi ilə Bakıda məskunlaşıb, bir neçə il pedaqoji fəaliyyətini davam etdirib. 1998-ci ildə təqaüdə çıxıb. Hekayə və şeirlərdən ibarət "Ömür də bir yoldur" (2007), "Günbatana baxan qəbir" (2009), "Arazım, mənim Arazım" (2010), "Saz şəkilli baş daşı" (2011), "İtmiş çantanın izi ilə" (2012) kitabları işıq üzü görüb. Əsərlərində xeyir və şərin mübarizəsi, dövrün sərt üzünü görmüş insanların həyat hekəyələri, məkr və məhəbbət, yurd itkisinin ağrı-acısı, Vətən, torpaq sevgisi özünəməxsus çalarlarla təsvir olunur. "Ömür də bir yoldur".
Mükafat sistemi
Mükafat sistemi və ya daxili möhkəmləndirmə sistemi (ing. reward system) — hərəkətlərə müsbət reaksiyalar verilməsi vasitəsilə davranışın tənzimlənməsində və idarə edilməsində iştirak edən sinir sisteminin strukturları məcmusu. Mükafat sistemi, cəza sistemi ilə yanaşı, davranışın gücləndirilməsi mexanizmlərində böyük rol oynayır. Psixoloji mükafat — xoş hisslər vasitəsilə davranışın gücləndirilməsi prosesidir. Mükafat anlayışı fərd tərəfindən obyektə, davranış aktına və ya daxili fiziki vəziyyətə aid edilən müsbət keyfiyyətləri təsvir etmək üçün istifadə olunur. İlkin (təbii) mükafatlar qidalanma, cütləşmə və döyüş kimi növlərin yaşaması üçün zəruri olan davranışları gücləndirir. İkinci dərəcəli mükafatlar ilkin olanlarla sıx bağlıdır və ilkin ehtiyacların ödənilməsi ilə əlaqəli obyektlərin, hərəkətlərin və vəziyyətlərin dəyərini müəyyənləşdirir. Təhlükəsiz sığınacaq, pul, rahatlıq, gözəllik, xoş toxunuşlar, səslər və daha çox şeyin dəyəri ikinci dərəcəli mükafatlarla müəyyən edilir. "Dopamine Involved In Aggression". Medical News Today.
Səhmdar cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
Səhmdar cəmiyyəti
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
İnstitusional səhmdar
İnstitusional səhmdar (ing. institutional investor) — fond sahibi (töhfə, pay şəklində) sahibi kimi fəaliyyət göstərən və mənfəət əldə etmək üçün qiymətli kağızlara, daşınmaz əmlaka (daşınmaz əmlak hüququ daxil olmaqla) investisiya qoyan bir hüquqi şəxs. İnstitusional investorlara investisiya fondları, pensiya fondları, sığorta təşkilatları, kredit ittifaqları (banklar) daxildir. İnstitusional investorlar, Nyu-York Fond Birjasında ticarətin təxminən yarısını təmin edirlər, ümumiyyətlə böyük hissə bloklarında ticarət edirlər. Amerika Birləşmiş Ştatları nitelikli bir institusional investor anlayışı var. İnstitusional investorlar müasir qiymətli kağızlar bazarının ən vacib oyunçularından biridir və 1980-ci illərin sonlarından bəri xüsusilə aktivdirlər. İnstitusional investorların artan əhəmiyyəti, bir tərəfdən, qiymətli kağızlar bazarlarında ayrı-ayrı investorların bu bazarlara girişinin əhəmiyyətli dərəcədə sadələşdirilməsi, şəbəkə strukturlarının çoxalması, maliyyə əməliyyatlarının ümumi inkişafı və bütövlükdə maliyyə bazarının daha yüksək etibarlılığı kimi yeni tendensiyalarla asanlaşdırıldı; Digər tərəfdən, dünyanın bir çox ölkəsində əhalinin gəlirlərində artım əmanətə investisiya qoymaq üçün bir motivasiya yaratmışdır. İnstitusional investorlar, lazımi peşəkar bacarıq və təcrübənin olmaması səbəbindən fərdi investorların təmin edə bilmədikləri investisiya mənbələrinin daha səmərəli idarə edilməsini təklif edirlər. Bu idarəetmə, fərdi investorların vəsaitlərini maliyyə bazarının müxtəlif alətlərinə yatıraraq risklərin şaxələndirilməsini təmin edir. Bundan əlavə, kiçik investorların əmanətlərini toplayan institusional investorlar əhəmiyyətli mənbələr toplayırlar ki, bu da qiymətli kağızlar bazarındakı əməliyyatların xərclərini azaltmağa imkan verir.
Britaniya mükafat sistemi
Britaniya mükafat sistemi (ing. British Honours System) — Böyük Britaniyada igidliyə, nailiyyətlərə və dövlətə qulluğa görə qiymətləndirmə vasitəsi. Sistem üç hissədən ibarətdir: Şərəfləndirmə Medallar Döş nişanları. == Şərəfləndirmə == Şərəfləndirmənin əsas məqsədi insanı mükafatlandırmaq (award) deyil, ad verməklə onun xidmətlərini vurğulamaqdır, bununla da insanın cəmiyyətdə nüfuzu qaldırılır. == Mükafatlandırma tarixi == İngils kralları öz təbəələrini üzüklərlə təltif edirdilər. İlk ingilis cəngavər ordeni olan Bant ordenini 1348-ci ildə İngiltərə karlı III Edvard təsis etdi. Sonradan bu sistemdə dəfələrlə dəyişiklik edildi. Həmçinin hərbi xidmətə, igidliyə, sədaqətə və nailiyyətlərə görə də mükafatlar təsis edildi. == Müasir cəngavər ordenləri == 10 orden vardır. Bəzilərinin medalları da vardır.
Müstəqil ruh (mükafat)
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
UEFA Kuboku (mükafat)
UEFA Kuboku və ya Coupe UEFA UEFA tərəfindən UEFA Avropa Liqası qaliblərinə verilən mükafatdır. 2009/2010 sezonunundan əvvəl kubok UEFA Kuboku çempionuna verilirdi. Əvvəlki adıyla UEFA Kuboku'unda 2009/2010 sezonu əvvəlində bir sıra dəyişikliklər edilmiş, bu dəyişikliklərdən sonra kubokun adı UEFA Avropa Liqası olaraq dəyişdirilmişdir. Kubok Bertoni tərəfindən 1972 UEFA Kuboku Finalı üçün hazırlanmışdır. Ağırlığı 15 kq, rəngi isə gümüşü rəngidir.
"Filma" Səhmdar Cəmiyyəti
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Açıq Səhmdar Cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
Açıq Səhmdar Cəmiyyəti
Açıq Səhmdar Cəmiyyəti (ASC) — səhmdarların digər səhmdarların razılığını almağa ehtiyac olmadan öz səhmlərini üçüncü şəxslərə ötürmək imkanı verən səhmdar cəmiyyətinin növü. "Açıq səhmdar cəmiyyəti" anlayışı SSRİ Nazirlər Sovetinin 19 iyun 1990-cı il tarixli 590 nömrəli qərarı ilə təsdiq edilmiş "Səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlər haqqında əsasnamə" ilə tətbiq edilmişdir. 90-cı illərin əvvəllərində konsepsiya SSRİ-nin dağılmasından sonra yaranan bir sıra müstəqil dövlətlərin qanunvericiliyində təsbit edildi. XXI əsrin əvvəllərində Qazaxıstan, Ukrayna və Rusiyada qanunvericilikdəki dəyişikliklərə görə "açıq səhmdar cəmiyyət" anlayışı ləğv edildi. Belə ki Qazaxıstan Respublikasının 13 may 2003-cü il tarixli "Səhmdar cəmiyyətlər haqqında" qanunu açıq və qapalı səhmdar cəmiyyətlərə bölünməsini ləğv etdi. Ukraynanın 17 sentyabr 2008-ci il tarixli "Səhmdar cəmiyyətlər haqqında" qanununun 5-ci maddəsi açıq və qapalı səhmdar cəmiyyətləri əvəzinə "ictimai səhmdar cəmiyyəti" (ukr. публічне акціонерне товариство) və "özəl səhmdar cəmiyyəti" (ukr. приватне акціонерне товариство) anlayışlarını yeritdi; qanunun qüvvəyə minməsindən iki il sonra (30 aprel 2011-ci ilədək) açıq səhmdar cəmiyyətləri yenidən qeydiyyatdan keçməli idi. 1 sentyabr 2014-cü ildən etibarən Rusiya Federasiyasının Mülki Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi səbəbindən Rusiyada ASC və QSC ləğv edildi: onların əvəzinə ictimai səhmdar cəmiyyətləri, səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər mövcud ola bilərdi. 2019-cu ilə olan vəziyyətə görə, ictimai şirkəti növü kimi açıq səhmdar cəmiyyətlərin mövcudluğu Belarus Respublikasının Mülki Məcəlləsi, Qırğızıstan Respublikasının Mülki Məcəlləsi və Tacikistan Respublikası Mülki Məcəlləsinin mövcud nəşrlərində nəzərdə tutulmuşdur.
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
FİFA Dünya Kuboku (mükafat)
FİFA Dünya Kuboku (ing. FIFA World Cup Trophy) — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı. Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır. 1970-ci ildə turnir tarixində üçüncü çempionluğunu əldə edən Braziliya kubokun əbədi sahibi oldu. Ancaq 1983-cü ildə Braziliyada kuboku oğurlayıblar, kubok bu günə qədər hələ də tapılmayıb.
Qızıl Qlobus (mükafat, 2009)
Oskar" mükafatından sonra ikinci mükafat sayılan "Qızıl qlobus"un təqdimetmə mərasimi keçirilib. Kaliforniyadakı Beverli-Hillz şəhərinin "Beverli-Hillz" mehmanxanasında keçirilən tədbiri birbaşa olaraq 160 ölkədə nümayiş etdirilib. Bu mükafat Kaliforniyada yaşayaraq-işləyən, Amerika kinosu barədə xarici mətbuat üçün yazan 90 jurnalistin birləşdiyi Hollivudun xarici mətbuat Assosiasiyası tərəfindən təqdim edilir. Qalibləri elan etmək üçün Dastin Hoffman, Conni Depp, Kameron Diaz, Demi Mur, Martin Skorseze kimi ulduzlar dəvət edilib. Bu il "Ən yaxşı dramatik film" nominasiyasında "Xarabalıqdan çıxmış milyonçu" qalib gəlib. Onunla bu kateqoriyada "Oxucu", "Dəyişiklik yolları", "Forst Niksona qarşı" və "Bencamin Battonun sirli işi" mübarizə aparıblar. "Gecəqondudan olan milyonçu" "Ən yaxşı ssenari" nominasiyasında da qalib olub.
Qızıl Qlobus (mükafat, 2013)
Ən yaxşı dramatik film – "“Arqo” əməliyyatı” ("Argo") Ən yaxşı komediya və ya müzikl – "Səfillər" ("Les Misérables") Ən yaxşı dram aktyoru – Deniel Dey-Lüis "Linkoln" ("Lincoln") Ən yaxşı komediya və ya müzikl aktyoru – Hyu Cekman "Səfillər" ("Les Misérables") Ən yaxşı dram aktrisası – "Cessika Çesteyn "Hədəf nömrə bir" ("Zero Dark Thirty") Ən yaxşı komediya və ya müzikl aktrisası – Cennifer Lourens "Mənim sevgilim dəlidir" ("Silver Linings Playbook") Ən yaxşı rejissor – Ben Afflek ""Arqo" əməliyyatı" ("Argo") İkinci dərəcəli ən yaxşı aktyor – Kristof Valts "Azad olunmuş Canqo" ("Django Unchained") İkinci dərəcəli ən yaxşı aktrisa – Enn Heteuey "Səfillər" ("Les Misérables") Ən yaxşı ssenari – Kventin Tarantino "Azad olunmuş Canqo" ("Django Unchained") Ən yaxşı xarici film – "Məhəbbət" ("Amour", rej.
Yüksək mükafat (film, 1936)
Xüsusi buraxılışda M.İ.Kalininin Sovet Azərbaycanının 15-ci ildönümü münasibətilə respublika zəhmətkeşlərinə Lenin ordeni təqdim etməsi mərasimi və həmin mərasimdəki çıxışı öz əksini tapmışdır. Film saxlanılmayıb. Rejissor: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, İvan Manakov Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.
Vatslav Havel adına mükafat
Vatslav Havel adına mükafat və ya İnsan Hüquqları üzrə Vatslav Havel mükafatı qısa olaraq Vatslav Havel mükafatı — Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində görkəmli nailiyyətlərə görə illik mükafat. Mükafat 2013-cü ildən Avropa Şurası Parlament Assambleyası, Vatslav Havel Kitabxanası və "Charta 77" Fondu ilə əməkdaşlıq çərçivəsində tədqim olunur. Mükafat Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti Vatslav Havelin (1936–2011) xatirəsinə həsr olunub. Mükafatın təsis edilməsi haqqında saziş 2013-cü il martın 25-də Praqada Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon, Vatslav Havel Kitabxanasının sədri Marta Smolikova və "Çarta 77" Fondu rəhbəri Frantişek Yanus və Çexiya Respublikasının Xarici İşlər Naziri Karel Şvarzenberin iştirakı ilə imzalanıb. Vatslav Havel mükafatı 2007-ci ildən hər 2 ildən bir verilən Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının varisidir. Vatslav Havel İnsan Hüquqları Mükafatından əvvəl Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının qalibləri: 2009 – Şimali İrlandiyadakı münaqişənin insan haqları ölçüsünü izləmək və regionda cəzasızlıqla mübarizə aparmaq işinə görə Britaniya QHT-si olan Britaniya İrlandiya "Human Rights Watch" təşkilatı (hazırda "Rights Watch UK" kimi tanınır). 2011 – İşgəncələrə Qarşı Komitə (rus. Комитет против пыток), Rusiya QHT-si, Rusiyada ciddi insan hüquqları pozuntularının qurbanlarına yardım etmək və rəsmi dövlət araşdırmaları ilə yanaşı, müstəqil araşdırmalar aparıb. Araşdırmalar xüsusən də Çeçenistan Respublikasında olub. Mükafatın qalibləri insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən şəxslər və ya qeyri-hökumət təşkilatları ola bilər.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Azərenerji Açıq Səhmdar Cəmiyyəti
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır. Səhmləri dövlətə məxsusdur. 1935-ci ildə SSRİ Ağır Sənaye Xalq Komissarının 29 iyul tarixli əmrilə "Elektrotok" İdarəsi "Azneft"in tərkibindən çıxarılaraq, SSRİ Ağır Sənaye Xalq Komissarlığının "Başenerji" Baş Enerji İdarəsinin ("Qlavenerqo") tabeliyinə verilir və onun bazasında "Başenerji" Baş Enerji İdarəsinin "Azenerji" ("Azenerqo") Azərbaycan Rayon Enerji İdarəsi yaradılmışdır. "Azneft" trestinin 23/138 saylı 15.08.1935-ci il tarixli əmri ilə "Elektrotok" İdarəsi, tərkibində olan müəssisələrlə birlikdə, yeni yaradılmış "Azenerji" Azərbaycan Rayon Enerji İdarəsinin tərkibinə verilmişdir və 20 oktyabr 1935-ci il tarixindən "Azenerji" Azərbaycan Rayon Enerji İdarəsi rəsmi fəaliyyətə başlamışdır. 1957-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 292 saylı 08.06.1957-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin "Azenerji" Energetika İdarəsi yaradılmışdır. 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 808 saylı 16.10.1962-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin "Azenerji" Energetika İdarəsinin adı dəyişdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi yaradılmışdır. 1965-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20.10.1965-ci il tarixli Fərmanı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Baş Energetika və Elektrikləşdirmə İdarəsi ("Azqlavenerqo") yaradılmışdır. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan SSR ərazisində yerləşən energetika müəssisə və təşkilatlarının SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin tabeliyinə verilməsi haqqında" 336 saylı 16.09.1970-ci il tarixli Qərarı ilə adı çəkilən nazirliyin tərkibində (SSRİ Nazirlər Sovetinin 611 saylı 29.07.1970-ci il tarixli Qərarı) "Azenerji" İstehsalat Birliyi yaradılmışdır.
Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti
Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti və ya qısaca Azəristiliktəchizat ASC — İstilik təchizatı sahəsində Azərbaycanın vahid texniki iqtisadi siyasətini həyata keçirən və mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir. "Azəristiliktəchizat" ASC "Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
Naxçıvanbank Açıq Səhmdar Cəmiyyəti
Naxçıvanbank — "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir. "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 2008-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun (ADİF), 2010-cu ildən milli ödəniş sistemi "AZİPS"-in, 2011-ci ildən Beynəlxal Banklararası Ödəniş Sistemi olan SWIFT-in, 2012-ci ildən "Mastercard" beynəlxalq ödəniş sisteminin, 2015-ci ildən "VİSA" beynəlxalq ödəniş sisteminin üzvüdür. Bununla yanaşı "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 2013-cü ildən "MONEX", 2018-ci ildən "UPT" və "Western Union" sürətli pul köçürmə sisteminə qoşulmuşdur. Naxçıvanbank Baş ofis, 7 filial, 3 mübadilə şöbəsi olmaqla ümumilikdə Naxçıvan MR və paytaxt Bakı şəhərində yerləşən 10 xidmət nöqtəsində öz müştərilərinə müxtəlif bank və maliyyə xidmətləri təqdim edir. Müşahidə şurasının sədri — Binnət Novruzov Müşahidə şurasının üzvü — Əsədulla İsgəndərov Müşahidə şurasının üzvü — Rüfət Məmmədov İdarə Heyətinin sədri v.m.i.e.